İmişlidə "Shacman" aşıb, xəsarət alan var

İmişlidə yük maşınının aşması nəticəsində bir nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Bəhrəmtəpə yolunda qeydə alınıb. Belə ki, 1964-cü il təvəllüdlü Allahverdiyev Zaur Mətləb oğlu sükanı arxasında olduğu "Shacman" yük maşını anidən idarəetmədən çıxıb və yolun kənarına aşıb.

Qəza nəticəsində yük maşının sürücüsü kəllə-beyin travması alıb. O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26