İmişlidə avtomobil traktora çırpılıb, xəsarət alanlar var

İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “İsuzu” markalı minik avtomobili qarşıda gedən traktora çırpılıb.

Qəza nəticəsində Beyləqan rayon sakinləri, 1980-ci il təvəllüdlü Camalov Ceyhun Əsgər oğlu və 1993-cü il təvəllüdlü Orcuyev Xalid Sərxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45