İmişlidə avtomobil dərəyə aşıb, xəsarət alanlar var

İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə İmişlli-Bəhramtəpə yolunda qeydə alınıb. Belə ki, “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə aşıb.

Hadisə zamanı Beyləqan rayon sakinləri - 1991-ci il təvəllüdlü Quliyev Cavid Elxan oğlu və 1992-ci il təvəllüdlü Həsənli Kamal Əhliman oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29