İmişlidə 32 yaşlı kişi intihar edib

İmişli sakini intihar edib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1991-ci il təvəllüdlü Əliyev Əlişir Mahmud oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıt sakini dənizdə batıb 10 avqust, 2026 / 10:52
Bilgəhdə kişi dənizdə boğulub 10 avqust, 2026 / 10:49