İsmayıllıda kütləvi davada 3 nəfər bıçaqlanıb

İsmayıllı. 22 avqust. REPORT.AZ/ İsmayıllı rayonunda kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb, 1 nəfər xəsarət alıb.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Cülyan kəndində baş verib.

Belə ki, rayon sakinləri Seyfi Hacıyev, Arif Hacıyev və Aqil Mustafayev ilə həmyerliləri Nemət Salmanov və Elşən Səfərov arasında münaqişə baş verib.

Bu zaman E.Səfərov bıçaqla S.Hacıyevə, A.Hacıyevə və A.Mustafayevə xəsarət yetirmiş, habelə hadisə zamanı N.Salmanov da xəsarət alıb.

İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən görülən tədbirlərlə E.Səfərov tutulub.

Digər xəbərlər

Ağdamda traktor minaya düşüb 05 sentyabr, 2026 / 23:54
Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37