İsmayıllıda evdən pul və qızıl əşyalar oğurlanıb

Bakı. 17 avqust. REPORT.AZ/ İsmayıllı rayonunda evdən pul və qızıl əşyalar oğurlanıb. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.  

Belə ki, İsmayıllı rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 14-də rayon ərazisindəki evlərin birindən 60 manat pul və 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Zeyvə kənd sakini Bahəm Babaşov saxlanılıb.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41