İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Yeniyol kəndi ərazisində hərəkətdə olan 31-BA-008 dövlət nömrə nişanlı “VAZ 21015” markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü, İsmayıllı sakini, 1993-cü il təvəllüdlü Cəfərli Elçin Nizami oğlu və sərnişini, Bakı sakini, 2001-ci il təvəllüdlü Ələkbərli Zeynəb Ceyhun qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17