İsmayıllıda ahıl kişini avtomobil vurub

İsmayıllı rayonunda 77 yaşlı kişini avtomobil vurub. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 

Belə ki, NİVA markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən İsmayıllı rayon sakini, 1942-ci il təvəllüdlü Abbas Xasay oğlu Bayramovu vurub. Yaralı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45