İsmayıllıda 4 bal gücündə zəlzələ olub

Bakı. 13 dekabr. REPORT.AZ/ İsmayıllı rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a verilən məlumata görə, təkanlar yerli vaxtla saat 04:32:56-da Pirquludan 15 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Zəlzələnin maqnitudası 4.4, dərinliyi 8 km olub.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45