Bakı. 13 dekabr. REPORT.AZ/ İsmayıllı rayon sakininə qarşı 50 000 manatlıq dələduzluq edilib.
"Report" xəbər verir ki, hadisə Bakı şəhəri, Binəqədi rayonunda qeydə alınıb.
Məlumata görə, İsmayıllı rayon sakini 1992-ci il təvəllüdlü Usubov Məmməd İlqar oğlu hüquq-mühafizə orqanlarına yazılı şəkildə bildirib ki, 2015-ci ilin fevral ayında 1990-cı il təvəllüdlü Sahib Səfərov və 1963-cü il təvəllüdlü Tahir Sadıqov onu aldadaraq 50 000 manat pulunu alıb və geri qaytarmayıb.
Faktla bağlı araşdırma aparılır.