İran vətəndaşı Cəlilabadda yol qəzasına düşüb - FOTO

Cəlilabad. 3 sentyabr. REPORT.AZ/ Cəlilabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

İran vətəndaşının idarə etdiyi "Renault" markalı avtomobil yol kənarındakı betona çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33
Şərurda minik avtomobili yanıb 07 sentyabr, 2026 / 10:34