İran və Azərbaycan vətəndaşlarının sürdüyü avtomobillər toqquşub, ölən var

Bakıda İran və Azərbaycan vətəndaşlarının idarə etdikləri avtomobillər toqquşub.

“Report” xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. 

Məlumata görə, İran vətəndaşı 43 yaşlı Sabahi Faramarzinin idarə etdiyi “Scania” markalı yük avtomobili ilə Bəşir Sadıqovun sürdüyü “Range Rover” toqquşub.

B.Sadıqov xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39