“İnterpol” xətti ilə axtarışda olan şəxs Qazaxıstanda tutularaq Azərbaycana ekstradisiya olunub

Bakı. 12 oktyabr. REPORT.AZ/ “İnterpol” xətti ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Qazaxıstanda tutulub.

“Report”un xəbərinə görə, 1970-ci il təvəllüdlü Səyyaf Əkbər oğlu Tağıyev Qazaxıstandan Azərbaycana ekstradisiya olunub.

Qeyd edək ki, S.Tağıyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmış və o, axtarışa verilmişdi.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54