İmişli rayonunda yol qəzası baş verib.
"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, "Mercedes" və VAZ markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 1963-cü il təvəllüdlü Hikmət Məmmədağa oğlu Nağıyev xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.