İmişlidə yol ilə gedən piyadanı maşın vurub

İmişli. 2 aprel. REPORT.AZ/ İmişli rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, 1973-cü il təvəllüdlü İmişli şəhər sakini Məmmədov Sabit Bahadır oğlu bu gün axşam Məhəmmədli kəndində yol ilə gedərkən “Jiquli” markalı avtomobil onu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05
Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48