İmişlidə qadın piyadanı avtomobil vurdu

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, qəza Mürsəlli kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1961-ci il təvəllüdlü Ziyafət İslam qızı Əliyevanı avtomobil vurub. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41