İmişlidə qadın özünü şərflə asaraq intihar edib

Bakı. 14 mart. REPORT.AZ/ İmişlidə psixoloji problemləri olan qadın özünü şərflə asaraq intihar edib. 

"Report" xəbər verir ki, hadisə rayonun Həsənov küçəsində baş verib. 

Belə ki, 1969-cu il təvəllüdlü Şahbazova Səidə İman qızı yaşadığı evin həyətindəki qeyri-yaşayış sahəsində özünü şərflə asaraq intihar edib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Məlumata görə, S.Şahbazovanın uzun müddətdir ki, psixoloji problemləri varmış. 

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41