İmişlidə motosiklet aşıb, 2 nəfər xəsarət alıb

İmişli. 19 oktyabr. REPORT.AZ/ İmişli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, Qaragüvəndikli kəndində motosikletin yoldan çıxaraq aşması nəticəsində yerli sakinlər - 1965-ci il təvəllüdlü Həsənov Mirələm Həsən oğlu və 1977-ci il təvəllüdlü Tağıyev Fəzail Nəriman oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq İmişli Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Hacıqabul rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41