İmişlidə ferma yanıb - VİDEO

İmişli rayonunda ferma yanıb.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Otuziki kəndində yerləşən Qismət Qoca oğlu Quliyevə məxsus mal-qara fermasında baş verib.

Yanğın zamanı fermanın yanar konstruksiyaları və içəridə olan 1000-dən çox ot bağlaması yanıb. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisə fermanın həyətində tullantıların yandırılması səbəbi ilə baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Digər xəbərlər

Talaçaydan sel keçir 08 iyul, 2026 / 11:03