İmişlidə fərdi yaşayış evi yanıb - VİDEO

İmişli rayonunun Qaradonlu kəndində yanğın hadisəsi baş verib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, yerli sakin Mirzəyev Faiq Qurbanqulu oğluna məxsus birmərtəbəli fərdi yaşayış evinin dam hissəsində başlayan yanğın, anidən güclənib.

Əraziyə İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Hazırda yanğın söndürülüb və onun ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı yaralanan və ya xəsarət alan olmasa da, evə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər