İmişli. 5 noyabr. REPORT.AZ/ İmişli rayonunda evdən 3000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə "Report"un Aran bürosuna DİN mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Məlumatda bildirilib ki, İmişli rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 2-də rayon ərazisindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Qaralar kənd sakini Qamət Əhmədov saxlanılıb.
Faktla bğlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.