İmişli rayonunda baş verən hadisə zamanı ölən ekskovatorçunun adı məlum olub.
"Report"un yerli bürosu xəbər veri ki, rayonun Telişli kənd sakini, 1984-cü il təvəllüdlü Zamin Şahin oğlu Cavadlı idarə etdiyi 33-AT-623 dövlət nömrə nişanlı DOOSAN markalı ekskavatorla hərəkətdə olarkən idarəetməni itirib və ekskavator yoldan çıxaraq su kanalına düşüb.
Hadisə nəticəsində sürücü suda boğulub.
Faktla bağlı araşdırma aparılır.
*** 14:02
İmişli rayonunda ekskavator su kanalına düşüb, sürücü ölüb.
"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gün səhər saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Telişli kəndindən keçən hissəsində qeydə alınıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.