İmişlidə avtomobilin camışa çırpılması nəticəsində sürücünün bacısı ölüb

Bakı. 17 iyul. REPORT.AZ/ İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Report” DİN-in rəsmi saytına istinadən xəbər verir ki, iyulun 16-da saat 21 radələrində İmişli rayonunun Xəlfəli kəndi ərazisində Əfqan Hacıyev idarə etdiyi “Priora” markalı avtomobillə yola çıxmış camışı vurub. Nəticədə Ə.Hacıyevin sərnişini - bacısı Beyləqan rayon sakini Sevil Hacıyeva hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47