İmişlidə 15 yaşlı şəxs həmkəndlisini bıçaqladı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 16 radələrində rayonun Gövhərli kəndində qeydə alınıb.

Belə ki, həmkəndlilər arasında yaranan mübahisə zamanı Gövhərli kənd sakini, 2005-ci il təvəllüdlü M.C 2004-cü il təvəllüdlü N.R-ya bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılaraq tibbi yardım göstərilib.

Yaralının vəziyyətinin yaxşı olduğu bildirilir.

Araşdırmalar aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47