İmişli. 14 dekabr. REPORT.AZ/ İmişli rayonunda özünü asaraq intihar edən şəxsin adı məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, rayonun Xoşçobanlı kənd sakini, 1985-ci il təvəllüdlü Nihad İltifat oğlu Əhmədov özünü yaşadığı evdə asaraq intihar edib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimbriqadası cəlb olunub.
Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Daşkəsən rayon şöbəsinə yerləşdirilib.
*** 09:21
İmişli. 14 dekabr. REPORT.AZ/ İmişli rayonunda 33 yaşlı kişi intihar edib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xoşçobanlı kəndində qeydə alınıb.
İntihar edənin şəxsiyyəti və səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.