İmişli rayonunda yerli sakin cərəyan vurması nəticəsində dünyasını dəyişib
“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün rayonun Ağamalılar kəndində qeydə aĺınıb.
Həmin kəndin sakini, 1937-ci il təvəllüdlü Zibeydə Nüsrət qızı Səfərova elektrikli çaydanla özünə çay süzərkən cərəyan vurub.
Hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları 83 yaşlı qadını cərəyan vurmasının səbəbini elektrik çaydanında olan nasazlıqdan baş verdiyini müəyyən ediblər.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.