İmişli rayonunda fərdi yaşayış evi yanıb.
"Report"un Mil-Muğan bürosu xəbər verir ki, hadisə səhər saatlarında rayonun Əliqulular kəndində baş verib.
Belə ki, həmin kəndin sakini Arzu Hidayət oğlu Əliyevə məxsus evin dam hissəsində başlayan yanğın anidən genişlənib və bütün evi əhatə edib.
Hadisə nəticəsində xəsarət alan olmasada 3 otaqdan ibarət 1 mərtəbəli ev yanaraq külə dönüb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. İlkin ehtimala görə, hadisə elektrik naqilində yaranan qısa qapanmadan baş verib.
Faktla bağlı araşdırma aparılır.