İki mədəniyyət xadimi fəxri diplomla təltif olunub - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Azərbaycan musiqisinin inkişafı və təbliğində xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Babayev Mobil Rəşid oğlu

Qasımova Ruhəngiz Nağı qızı.

Digər xəbərlər