Hövsanda 46 yaşlı qadın qətlə yetirilib

Avqustun 24-də 23:15 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsində 1977-ci il təvəllüdlü Cəfərova Könül Hüseynqulu qızının boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Hüseynov Səbuhi Kazım oğlu könüllü polisə gələrək təslim olub.

Qeyd olunub ki, şübhəli şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05
Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48