Həyətində çətənə kolları yetişdirən Şabran sakini tutulub

Şabran. 28 iyul. REPORT.AZ/ Şabran sakini həyətində becərdiyi çətənə kollarını istifadə edə bilməyib.

"Report"un şimal bürosunun verdiyi məlumata görə, iyulun 28-də Şabran RPŞ-ə daxil olmuş məlumata əsasən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Ş.Sətiyevaya məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - kannabis bitkiləri aşkarlanaraq götürülüb. 

Evə baxış zamanı həyətdə dibçəklərdə hündürlüyü 15-20 sm olan 5 ədəd çətənə kolu aşkar olunub. Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı həmin şəxs çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər