Həbsdə olan şəxsə sovqatın içərisində heroin keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Report"a Penitensiar xidmətdən məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin 234.4.3; 93.1.2-ci maddələri ilə məhkum edilmiş Asif Səfərqulu oğlu Məmmədova əmisi oğlu Azər Ağamməd oğlu Məmmədovun gətirdiyi sovqatda tənzifə hopdurularaq tərlikdə gizlədilmiş 1,931 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47