Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var

Hacıqabulda yol-nəqliyyat qəzası olub, xəsarət alanlar var.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı üç nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Hadisə yerinə təcili-tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lənkəranda dördotaqlı ev yanıb 05 fevral, 2026 / 13:21