Hacıqabulda 34 yaşlı kişini avtomobil vuraraq öldürüb

Hacıqabul rayonunda 3 gün əvvəl avtomobillə vurularaq öldürülən naməlum şəxsin kimliyi müəyyənləşdirilib. 

"Report"un yerli bürosunun xəbərinə görə, Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisindən keçən hissəsində avtomobillə vurularaq öldürülən naməlum meyit tapılıb. 

Aparılan araşdırma nəticəsində onun İmişli rayonunun L.Vəliyev küçəsi, ev 87-də yaşamış, 1985-ci il təvəllüdlü Aslanov Elvin Mahir oğlu olduğu məlum olub. E.Aslanovun meyiti yaxınlarına təhvil verilib. 

Hadisəni kimin törətdiyi də məlum deyil. 

Faktla bağlı araşdırma aparılır. 

*** 7 oktyabr, 9:31


 Hacıqabul rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nqəliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibii Yardım Stansiyasının həkim briqadası  cəlb olunub. 

Qəza nəticəsində ağır bədən xəsarətləri alan, hələlik şəxsiyyəti məlum olmayan piyada hadisə yerində ölüb. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47