Güclü külək Qaxda fəsadlar törədib

Güclü külək Qax rayonunda yaşayış evinin dam örtüyünü uçurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Lələpaşa kəndində baş verib.

Belə ki, güclü külək nəticəsində Nahid Əzizxanova məxsus yaşayış evinin dam örtüyü qoparaq yaxınlıqdakı əkin sahəsinə düşüb.

Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26