Güclü külək Bakıda xəstəxananın damını uçurub

Güclü külək Bakıda Uşaq Nevroloji Xəstəxanasının damını uçurub.

TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, damın uçması zamanı xəsarət alan olmayıb.

Hadisə nəticəsində yaxınlıqda olan iki avtomobilə ziyan dəyib.

Həmçinin bildirilib ki, xəstəxana 12 il əvvəl təmir olunub.

Digər xəbərlər