Göygöldə iki minik maşını toqquşub

Göygöl. 16 fevral. REPORT.AZ/ Göygöl şəhərində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində, 56 yaşlı Daşkəsən rayon sakini Əlişad Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Bakıda marşrut avtobusunun iştirakı ilə qəza baş verib.

Digər xəbərlər

Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26