Goranboyda yol qəzası baş verib, xəsarət alan var

Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Ağcakənd kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində Laçın rayonunun Ərikli kənd sakini, 1983-cü il təvəllüdlü Köçəri Süleyman oğlu Şirinli ağır xəsarət alıb. O, xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33
Şərurda minik avtomobili yanıb 07 sentyabr, 2026 / 10:34