Goranboyda minik avtomobili dəmir maneəyə çırpılıb, xəsarət alanlar var

Bakı-Qazax magistral yolunun Goranboy rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, "Nissan" markalı avtomobilin idarəetmədən çıxaraq yolayrıcı olan dəmir maneəyə çırpılması nəticəsində bir ailənin 4 üzvü - 1995-ci il təvəllüdlü N.Qəhrəmanlı, 1998-ci il təvəllüdlü Ə.Qəhrəmanlı, onların 1 və 2 yaşlı övladları müxtəlif bədən xəsarətləri alıb, xəstəxanaya yerləşdiriliblər.

Vəziyyətləri qənaətbəxş və normal hesab olunur.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51