​Goranboyda maşın ağaca çırpılıb, sürücü ölüb

Goranboy. 15 iyun. REPORT.AZ/ Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, "Lifan" markalı minik avtomobilin idarəetməni itirərək yol kənarında ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib.

Nəticədə, sürücü 1987-ci il təvəllüdlü Abdullayev Ziya Şahnəzər oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Faktla bağlı  Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54