Goranboyda yol qəzası olub, xəsarət alan var

Goranboyda baş verən yol qəzasında piyada xəsarət alıb.

"Report"un Qərb bürosunun xəbərinə görə, hadisə rayonun Qaraçinar kəndində qeydə alınıb.

1974-cü il təvəllüdlü Zeynalov Manaf Məhəmməd oğlunu avtomobil vurub.

O, ağır halda xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 15 aprel, 2026 / 07:43