Goranboyda 26 yaşlı qadın xəstəxanada ölüb

Goranboy. 29 yanvar. REPORT.AZ/ Goranboy rayonunda ağır halda xəstəxanaya yerləşdirilən qadın orada dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun 1993-cü il təvəllüdlü Safıkürd kənd sakini E.R-ova qanaxma ilə ağır halda xəstəxanaya aparılıb.

Qadın xəstəliyindən əziyyət çəkdiyi bildirilən xəstəyə göstərilən bütün tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27