Goranboyda 14 yaşlı qız dəm qazından ölüb

Goranboy. 18 fevral. REPORT.AZ/ Goranboy rayonunda dəm qazından ölüm hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 2004-cü il təvəllüdlü Xanqərvənd kənd sakini Abbasova Pərvanə Polad qızı yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41