Gəncədə zəncirvari yol qəzasında üç nəfər yaralanıb

Gəncədə zəncirvari yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hərəkətdə olan "Chevrolet ", "Mercedes", "Toyota" və BMW" markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50