Gəncədə zəncirvari qəza baş verib, xəsarət alanlar var

Gəncədə üç avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Cavad xan qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Hyundai", "Opel" və "VAZ-2104" markalı minik avtomobilləri toqquşub. İlkin məlumata görə, qəza zamanı xəsarət alan bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 26 aprel, 2026 / 11:49
Şəkidə yük avtomobili yanıb 25 aprel, 2026 / 13:01
Göyçayda marketdə yanğın olub 25 aprel, 2026 / 10:23