Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub, xəsarət alanlar var

Gəncə. 9 iyun. REPORT.AZ/ Gəncə şəhərində sərnişin avtobusu minik avtomobili ilə toqquşub. 

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi küçəsində, 41 nömrəli orta məktəbin qarşısında baş verib. 

Belə ki, 20 nömrəli xətt üzrə işləyən "İzusu" markalı sərnişin avtobusu ilə "VAZ-2109" markalı minik avtomobili toqquşub. 

İlkin məlumatlara görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47