Gəncədə qaz balonu partlayışı nəticəsində yaralananların sayı ikiyə çatıb.
“Report”un Qərb bürosunun məlumatına görə, qaz balonunun partlaması nəticəsində daha bir nəfər – 1966-cı il təvəllüdlü Aidə Ələkbərova da xəsarət alıb.
O, xəstəxanaya çatdırılıb.
Xatırladaq ki, hadisə nəticəsində onun oğlu 1995-ci il təvəllüdlü Abdulla Ələkbərov da xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Hər ikisinin vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
18:14
Gəncə şəhərində qaz balonu partlayışı nəticəsində bir nəfər yaralanıb.
“Report”un Qərb bürosunun məlumatına görə, Cavadxan qəsəbəsində baş vermiş hadisədə müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs 1995-ci il təvəllüdlü A. Ələkbərovdur.
Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.