Gəncədə piyadanı maşın vuraraq öldürüb

Gəncə. 29 iyul. REPORT.AZ/ Gəncə-Daşkəsən yolunda piyadanı maşın vurub öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə "Mal Bazarı" deyilən ərazinin yaxınlığında baş verib. "VAZ-2107" markalı avtomobil yolu keçən 50-55 yaşlı piyadanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Maşının dövlət nömrə nişanı 20-CV-036 . Piyada elə sürücü tərəfindən xəstəxanaya aparılarkən yolda ölüb.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48