Gəncədə intihara cəhdin qarşısı alındı

Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər çoxmərtəbəli mansarda tipli yaşayış binasının mansardasına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45