Gəncədə elektrovozun hava çənləri oğurlanıb

Bakı.10 noyabr. REPORT.AZ/ Gəncə şəhərində elektrovozdan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən "Report"un verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi (NBPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-dən 7-dək olan müddətdə Gəncə lokomotiv deposundan elektrovoza məxsus 7 ədəd hava çənini oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Ramal Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27