Gəncədə avtomobil maneə çırpılıb, 2 nəfər xəsarət alıb 

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hərəkətdə olan minik avtomobilinin idarəetmədən çıxaraq maneə çırpılması nəticəsində nəqliyyat vasitəsində olan 1959-cu il təvəllüdlü G.Muxiddinova və 1957-ci il təvəllüdlü Ə.Osmanov xəsarət alıb.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33